İtaliya millisinin futbolçusu Corco Kyellini klubu "Yuventus"dan ayrılmasından və yığmada keçirəcəyi son oyundan bəhs edib.
Fanat.Az xəbər verir ki, müdafiəçi bu barədə ölkəsinin futbol federasiyasının rəsmi saytına danışıb:
"Heç nəyə görə peşman deyiləm. Əlbəttə ki, Çempionlar Liqası və Dünya Kubokunu qazanmaq istərdim, ancaq yaş artdıqca məğlubiyyəti həzm etməyi öyrəndim. Avropa çempiontındakı qələbəmiz ən xoş xatirəmdir. Ağlasığmaz karyeram olub. Milli komandada oynamaq hər bir uşağın arzusudur".
Qeyd edək ki, 37 yaşlı futbolçu 2004-cü ildən şəhərini qoruduğu milli komandada 114 oyun keçirib və 8 qol vurub. 2020-ci ildə komandası ilə Avropa çempionu olub. İyunun 1-də Finalissima-2022 çərçivəsində keçiriləcək Argentina ilə matç əfsanəvi futbolçunun sonuncu oyunu olacaq.
Xatırladaq ki, 18 il “Yuventus”un şərəfini qoruyan Kyellini MLS təmsilçisi "Los-Anceles"ə keçib.
Röya