Dzyuba Rusiya futbolunun tarixinə düşdü - Rekord

Dzyuba Rusiya futbolunun tarixinə düşdü - Rekord

"Lokomotiv"in və Rusiya millisinin forvardı Artyom Dzyuba Premyer Liqanın son turunda "Ximki" ilə qarşılaşmada (5:1) dubla imza atıb. 

Fanat.Az "Çhampionat"a istinadən xəbər verir ki, o, Rusiya çempionatında 31-ci komandanın qapısına qol vurub.  Bu, RPL-in rekordudur.

Dzyuba 30 fərqli komandaya qol vuran üç oyunçunu - Dmitri Kiriçenko, Dmitri Loskov və İqor Semşovu qabaqlayıb. Təcrübəli forvard ən çox "Dinamo" və "Krasnodar"a - hərəsinə 14 qol vurub. O, 12 dəfə “Ural”ı məyus edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər