Moskva "Lokomotiv"inin hücumçusu Artyom Dzyuba Rusiyanın yeni "Bonanza" serialı haqqında danışıb.
Fanat.Az xəbər verir ki, təcrübəli forvard sosial şəbəkə hesabında paylaşım edərək özünü aktyor kimi sınamağa hazır olduğunu vurğulayıb:
“Mən “Bonanza”ya baxdım və ümumilikdə əla idi! Böyük pul və korporasiyadan bəhs edən serial yüksək keyfiyyətlə, gözəl kadrla və maraqlı süjetlə çəkilib. İkinci sezonda ən yaxşı aktyora ehtiyacınız varsa, mənə zəng edin!”
35 yaşlı Dzyuba hazırkı Rusiya Premyer Liqasında 16 oyun keçirib. O, bu görüşlərdə 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa