"Düzü, onun bu qədər yaxşı futbolçu olduğunu düşünmürdüm" - Canluici Buffon

"Düzü, onun bu qədər yaxşı futbolçu olduğunu düşünmürdüm" - Canluici Buffon
"Parma"nın qapıçısı Canluici Buffon "Yuventus"un və İtaliya millisinin hücumçusu Federiko Kyeza barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, təcrübəli qolkiper "La Gazzetta dello Sport"a açıqlamasında belə danışıb:
"Düzü, Kyeza "Yuventus"a keçəndə onun bu qədər yaxşı futbolçu olduğunu düşünmürdüm. Avropa çempionatında inanılmaz oyun sərgilədi. İngiltərə yığmasına qarşı final matçında onu saxlamaq mümkün deyildi. Avro-2020-də belə oyunla yadda qalacağı heç kimin ağlına gəlməzdi. Böyük turnirlərdə özünü ən yaxşı tərəfdən göstərə bilirsənsə, deməli, xüsusi futbolçusan".
Xatırladaq ki, İtaliya yığmasıyla Avropa çempionu olan Kyeza qitə birinciliyinin ən parlaq simalarından biri idi. Ön xətt oyunçusu Avro-2020-də çıxdığı 7 oyunda 2 qolla yadda qaldı.
Nihat 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər