Dünyanın ən varlı futbolçusu klubsuz qaldı

Dünyanın ən varlı futbolçusu klubsuz qaldı
Bruneyli futbolçu Faik Bolkiax İngiltərənin "Lester" klubundan ayrılıb.
Fanat.Az xəbər verir ki, müqaviləsinin müddəti başa çatan 22 yaşlı yarımmüdafiəçi klubsuz qalıb. 2016-cı ildə Premyer Liqa təmsilçisinə keçən gənc oyunçu əsas komandada meydana çıxmayıb. O, gənclər liqasının oyunlarında forma geyinib.
Qeyd edək ki, KİV Bolkiaxı dünyanın ən zəngin futbolçusu hesab edir. O, Bruney sultanı Hassanal Bolkiaxın qardaşı oğludu. Ailənin ümumi sərvəti 20 milyard ABŞ dollarıdı. Bu, sonda məhz sözügedən futbolçuya miras qalacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər