Əfsanəvi braziliyalı futbolçu Dani Alves karyerasını Yaxın Şərqdə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Nikolo Skira məlumat yayıb.
Xəbərə görə, Braziliyanın "San Paulu" klubundan ayrılmağı düşünən müdafiəçinin BƏƏ və ya Səudiyyə Ərəbistanına gedəcəyi gözlənilir. Hazırda Alvesin meneceri hər iki ölkənin klubları ilə danışıqlar aparır.
Futbolçunun bu qərarına səbəb daha çox pul qazanmaq istəyidir.
Qeyd edək ki, karyerası ərzində 46 titul qazanan, dünyanın ən yaxşı müdafiəçilərindən hesab olunan 38 yaşlı Alves uzun illər "Barselona", "Yuventus", PSJ kimi top-klubların şərəfini qoruyub.
Röya