Dünyanın ən titullu futbolçusu klubundan ayrıldı

Dünyanın ən titullu futbolçusu klubundan ayrıldı

Əfsanəvi braziliyalı futbolçu Dani Alves "San Paulo" klubu ilə müqaviləni pozub. 

Fanat.Az xəbər verir ki, bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

38 yaşlı müdafiəçinin müqaviləsinin müddəti 2022-ci ilin dekabr ayına kimi nəzərdə tutulmuşdu. 

Bir müddət öncə Alves məvacibini almadığı üçün komandanın oyunlarına çıxmaqdan imtina etmişdi. 

Qeyd edək ki, karyerası ərzində 46 titul qazanan, dünyanın ən yaxşı müdafiəçilərindən hesab olunan Dani Alvesin yaxşı qazanc üçün Yaxın Şərqə üz tutacağı haqda iddialar var. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər