Dünyanın ən çox qazanan futbolçusu kim oldu?

Dünyanın ən çox qazanan futbolçusu kim oldu?

Dünyanın ən çox gəlir əldə edən futbolçularının və məşqçilərinin siyahısı açıqlanıb. Fanat.Az xəbər verir ki, ən çox qazanan futbolçu Kriştiano Ronaldo olub.

"France Football"ın hesablamalarına görə, "Real"ın portuqaliyalı ulduzu ötən mövsüm 87,5 milyon funt-sterlinq qazanıb. Bura onun klubdakı maaşı ilə yanaşı, sponsor müqavilələrindən və şəxsi brendlərdən əldə etdiyi gəlir daxildi.

Ronaldonu ən böyük rəqibi hesab olunan Lionel Messi izləyir. "Barselona"nın argentinalı üzvü mövsüm ərzində 76,5 milyon funt-sterlinq  gəlir əldə edib. İlk "üçlüy"ü "Barselona"nın digər ulduzu, braziliyalı Neymar qapayır - 55,5 milyon funt-sterlinq.

Dünyanın ən çox qazanan baş məşqçisi isə Joze Mourinyo olub. "Mançester Yunayted"in portuqaliyalı çalışdırıcımsı mövsüm ərzində 28 milyon funt-sterlinq qazanıb. İkinci yerdə Çin millisinin baş məşqçisi Marçello Lippi (23,5) qərarlaşır. PSJ-nin sabiq çalışdırıcısı Loran Blan isə 20 milyon avro əldə edib ki, bununla 3-cüdü.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər