Ən çox maaş alan futbolçuların adlarına aydınlıq gəlib.
Fanat.Az Fransanın “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, ilk iki yerdə “Əl-Nəsr”i təmsil edən Kriştianu Ronaldu və “Əl-İttihad”da top qovan Kərim Benzema mövqe tutub.
Sabiq "Real Madrid"li hücumçuların mövsümlük maaşı 200 milyon avrodur.
Dünyanın ən çox qazanan 10 futbolçusu aşağıdakılardır:
1. Kriştianu Ronaldu ("Əl-Nəsr") - hər mövsüm üçün 200 milyon avro; 2. Kərim Benzema ("Əl-İttihad") - 200 milyon avro; 3. Neymar ("Əl-Hilal") - 100 milyon avro; 4. Nqolo Kante ("Əl-İttihad") - ildə 100 milyon avro; 5. Kilian Mbappe (PSJ) - 70 milyon avro; 6. Lionel Messi ("İnter Mayami") - 45 milyon avro; 7. Sadio Mane ("Əl-Nəsr") - 40 milyon avro; 8. Cordan Henderson ("Əl-İttifaq") - 40 milyon avro; 9. Riyad Mahrez ("Əl-Əhli") - 35 milyon avro; 10. Kalidu Kulibali ("Əl-Hilal") - 30 milyon avro.
Nahid Məmmədov