Dünyanın ən bahalı gənc futbolçusu kimdi? - FOTO

Dünyanın ən bahalı gənc futbolçusu kimdi? - FOTO

“Mançester Yunayted”in və Fransa millisinin hücumçusu Antonio Martial dünyanın ən bahalı gənc futbolçusu seçilib.

 

“Soccerex”in araşdırmasında 1995-ci il iyulun 1-ə qədər olan futbolçuların qiyməti əsas götürülüb. Ötən yay “Mançester Yunayted”in 36 milyon funta aldığı fransız hazırda 39,7 milyona (47,3 milyon avro) dəyərləndirilir. Bu isə Marsialı 21 yaşa qədər olan futbolçular arasında dünyanın ən bahalısı edir.

 

“Soccerex”in versiyasına görə ən bahalı 10 futbolçu (U-21)

 

Antoni Martial (Mançester Yunayted) - 39,7 milyon funt

Leroy Sane (Şalke) - 37,13 mln

Renatu Sançes (Bavariya) - 34,55 mln

Dele Alli (Tottenhem) - 34,14 mln

Kinqsli Koman (Bavariya) - 30,69 mln

Brel Embolo (Şalke) - 25,44 mln

Markus Reşford (Mançester Yunayted) - 22,51 mln

Maks Mayer (Şalke) - 21,64 mln

Keleçi İheanaço (Mançester Siti) - 20,07 mln

Yulian Vayql (Borussiya) - 19,82 mln

 

Araşdırmada futbolçuların yaşı, mövqeyi, oynadığı klub, müqavilə müddəti, transfer qiyməti, millidə oyun sayı, oynadığı dəqiqə sayı, qol sayı, zədələnmələr və texniki keyfiyyətlər nəzərə alınıb.

Dünyanın ən bahalı gənc futbolçusu kimdi? - FOTO

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər