Dünyanın ən bahalı futbolçusunu gözləyən təhlükə

Dünyanın ən bahalı futbolçusunu gözləyən təhlükə
PSJ-nin futbolçusu Neymarı ağır cəza gözləyir.
Fanat.Az xəbər verir ki, buna səbəb onun Fransa Kubokunun "Renn"lə final oyununda azarkeşi vurması olub. 
Neymar penalti seriyasında yenildikləri oyundan sonra mükafatlandırma mərasiminə yollankən onu tənqid edən bir azarkeşi yumruqla vurub. "L'Equipe" nəşrinin məlumatına görə, bu hərətək futbolçuya ağır başa gələ bilər. Belə ki, braziliyalı uluduzu 8 oyunluq cəza gözləyir. O, ən yaxşı halda 5 oyun cəza ala bilər.
Qeyd edək ki, "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunan Neymar dünyanın ən bahalı futbolçusudu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər