"Mançester Yunayted” dünyanın ən bahalı futbol klublarının reytinqinə başçılıq edir.
Fanat.Az xəbə verir ki, bu barədə "Forbes” nəşri məlumat yayıb.
"Qırmızı şeytanların” qiyməti 4,123 milyard dollara yaxındı. Klub ötən il də "Forbes” versiyasına görə ən bahalı klub seçilmişdi (3,69 milyard dollar).
Reytinq cədvəlində ikinci yerdə "Real" (4,08 milyard) gəlir. İlk üçlüyü isə Kataloniya təmsilçisi "Barselona” klubu tamamlayır (4,06 milyard).
Fanat.Az