Dünya futbolunun "pələnglər"i - FOTOLAR

Dünya futbolunun "pələnglər"i - FOTOLAR

2022-ci il Pələng ilidir. Çin təqviminə görə Pələng ili 2022-ci il fevralın 1-də başlayacaq. 

Fanat.Az pələng ilində anadan olan tanınmış futbolçuları təqdim edir: 

Fransanın PSJ klubunda 5 "pələng" çıxış edir. Onlardan biri dünya nəhənglərinin arzusu Kilian Mbappedir. "Real Madrid" sabiq futbolçusu Serxio Ramos, Əşrəf Hakimi və Kolin Daqba da Pələng ilində anadan olanlar siyahısındadır. PSJ-yə "Real Madrid"dən transfer olunmuş qapıçı Keylor Navas da "pələng"dir.

Dünya futbolunun "pələnglər"i - FOTOLARDünya futbolunun "pələnglər"i - FOTOLAR

"Liverpul", "Barselona", "Milan" və "İnter" klublarının  hərəsində cəmi bir "pələng" var: Ceyms Milner (Liverpul), Edin Dzeko (İnter), Olivye Jiru (Milan) və Mussa Vaq (Barselona).

Dünya futbolunun "pələnglər"i - FOTOLARDünya futbolunun "pələnglər"i - FOTOLAR

Sonuncu Avropa çempionu - Manuel Lokatelli və ABŞ-dan olan Uesli Makkenni isə "Yuventus"da çıxış edən "pələnglər"dir.

Planetin ən tanınmış qapıçılarından biri Manuel Noyer "Bayern Münhen" "pələng"idir. 2022 həm də "rekordmayster"in  heyətindəki Dayot Upamekano və Omar Riçardsın da ilidir.

Xatırladaq ki, Çin təqviminə görə Pələng ili 21 yanvar 2023-cü ilə qədər davam edəcək. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər