Dünya futbolunu yasa boğan futbolçunun ölümü ilə bağlı şok açıqlama

Dünya futbolunu yasa boğan futbolçunun ölümü ilə bağlı şok açıqlama
31 yaşında otel otağında vəfat edən "Fiorentina"nın kapitanı David Astorinin ölümü ilə bağlı yeni fakt açıqlanıb.
Fanat.Az xəbər verir ki, martın 4-də "Udineze" ilə keçirəcəkləri oyundan bir neçə saat əvvəl otel otağında meyiti tapılan futbolçunun ürəyinin dayandığı və yuxuda olarkən vəfat etdiyi açıqlanmışdı. Lakin aparılan tibbi-ekispertizalardan sonra məlum olub ki, Astori yuxuda ölməyib. O, həmin vaxt oyaq olub və taxikardiya keçirərək (ürəyin dəqiqədə 180-240 dəfə döyünməsi) həlak olub. 
Araşdırmanı aparan professor Dr. Karlo Moreşçi və professor Dr. Qaetano Teyenenin hesabatına rəyinə görə, Astorinin ürək döyüntüləri anidən yüksəli və nəticədə ürəyi dayanıb. Həmin vaxt futbolçunun yanında kimsə olsaydı, həyatını xilas etmək mümkün olarmış.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər