Dünya futbolunu sarsıdan qərar - Gedir

Dünya futbolunu sarsıdan qərar - Gedir

"Arsenal"ın baş məşqçisi Arsen Venger vəzifəsindən ayrılır. Fanat.Az xəbər verir ki, fransız mütəxəssis "Bavariya" ilə oyunlardan sonra bu qərarı verib.

"Arsenal" Çempionlar Liqasının 1/8 final mərhələsində "Bavariya"ya qarşı keçirdiyi hər iki oyunda 1:5 hesabı ilə yenilib. Artıq London klubunun fanatları Arsen Vengerin istefasını tələb edir.

İddialara görə, mütəxəssis "Bavariya" matçından sonra paltardəyişmə otağında futbolçulara "Mövsümün sonunda gedirəm" deyib.

Bundan sonra mətbuatın önünə çıxan Arsen Venger istefası ilə bağlı suala belə cavab verib: "Mövsümün sonunda təqaüdə çıxmaq niyyətində deyiləm. "Arsenal"da və ya başqa klubda fəaliyyətimi davam etdirəcəm".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər