Dünya futbolunda İNQİLAB

Dünya futbolunda İNQİLAB
Yayda keçiriləcək Avropa çempionatında və Amerika Kubokunda futbol qaydalarında ciddi dəyişiklik olacaq. Bu turnirlərdə "üçqat cəza" qaydası tətbiq olunmayacaq. Bu barədə FIFA prezidenti Canni İnfantino məlumat verib:
 
"Futbolçu cərimə meydançasında mübarizə zəminində qaydanı pozarsa, ona qırmızı vərəqə göstərilməyəcək. Amma futbolçunun qayda pozuntusu oyun epizodu ilə bağlı olmayıb, aqressiv xarakter daşıyarsa, onda o, meydandan qovulacaq. Dəyişiklik iyunun 1-dən qüvvəyə minəcək. Bu dəyişiklik Avropa çempionatında və Amerika Kubokunda tətbiq ediləcək".
 
"Üçqat cəza" zamanı komandanın qapısına penalti təyin edilir, futbolçu meydandan qovulur və diskvalifikasiya olunur. Şənbə günü Beynəlxalq Futbol Assosiasiyaları Şurasının iclasında bu qaydanın "ikiqat cəza" ilə əvəz olunması müzakirə edilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər