2014-cü ildən etibarən transfer bazarında "at oynadan" Çin klubları bu dəfə səssizliyini qoruyur.
Fanat.Az xəbər verir ki, 2014-cü ilin yayında transferlərə 100, 2015-də 190, 2016-da 486 milyon avro xərcləyən çinlilər bu ilin qışında 403 milyondan keçmişdi.
Lakin Asiya ölkəsi bu ilin 19 iyun - 14 iyul tarixlərini əhatə edən transfer dövründə cəmi 28 milyon avro xərcləyib. Çində Adrian Ramos 12, Modeste 5.7 və Moukandyo 5.5 milyon avro ilə sönük transfer dönəminin önəmli keçidləri olub.
Ölkədə futbola yatırımın bir anda kəsilməsinə yetərli uğurların gəlməməsi səbəb olub.
Qeyd edək ki, Asiya ölkəsində Halk, Karlos Tevez, Aleksandre Pato, Cekson Martines, Aleks Teyşeyra, Uzekuel Lavezzi, Oskar kimi ulduzlar çıxış edir, Luis Felipe Skolari, Fabio Kapello, Manuel Pelleqrini, Andre Villaş-Boaş, Fabio Kannavaro kimi tanınmış mütəxəssislər çalışır.
Fanat.Az