Dünya futbolunun iki ulduzu karyerasını bitirib. Fanat.Az xəbər verir ki, "Bavariya"nın oyunçuları Filipp Lam və Xabi Alonso bu gün onlar yaşıl meydanda son oyunlarını keçirib.
Bundesliqanın 34-cü turu çərçivəsində baş tutan "Frayburq"la oyun hər iki peşəkar üçün sonuncu olub. Münhen klubunun 4:1 hesablı qələbəsi ilə bitən matç fanatlar üçün yetərincə duyğusal alınıb.
Qeyd edək ki, sözügedən futbolçuların karyeralarını bitirəcəkləri öncədən bəlliydi.
Fanat.Az