Argentinalı veteran futbolçu Xose Luiz Braun 63 yaşında vəfat edib.
Qeyd edək ki, futbolçu peşəkar futbol kariyerasının 14 ilini "Estudiantes" klubunda keçirib və 300-dən çox rəsmi matçda iştirak edib. O, həmçinin vətənində "Boka Xuniors", "Deportivo", "Rasinq", Kolumbiyada "Atletiko Nasional", Fransada "Brest" və İspaniyada "Mursiya" klublarında top qovub.
1983-1986-cı illərdə Argentina milli komandasında 36 oyun keçirərək 1 qol vuran Braun 1986-cı ildə Dünya çempionatının qalibi olub.
Mərhum futbolçu 1995-2013-cü illərdə məşqçi kimi fəaliyyət göstərib və müxtəlif klublara başçılıq edib.
Fanat.Az