Andre Şürrle karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu "Instagram" hesabı vasitəsilə bu barədə məlumat yayıb:
"Peşəkar futbolçu karyeramı bitirdiyimi hamınızın diqqətinə çatdırmaq istərdim. Özüm və ailəm adımdan bu möhtəşəm illərin parçası olan hər kəsə təşəkkür edirəm.
Göstərdiyiniz dəstək və sevginiz inanılmaz idi. Artıq məni gözləyən yeni fürsətlərə açığam".
Şürrle karyerası ərzində "Maynts", "Bayer", "Çelsi", "Volfsburq", "Borussiya" (Dortmund), "Fulhem" və "Spartak" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionatının qalibi olub.
Fanat.Az