Dünya çempionatında dördüncü günün püşkü atıldı

Dünya çempionatında dördüncü günün püşkü atıldı

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında dördüncü günün püşkü atılıb. 

Fanat.Az xəbər verir ki, püşkə əsasən mübarizəyə qoşulacaq Azərbaycan yığmasının idmançısının da ilk rəqibi dəqiqləşib. 

63 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Xanoğlan Kərimov debüt görüşündə Alfredo Martinslə (Portuqaliya) qarşılaşacaq. Döyüş 1/64 final mərhələsinə təsadüf edəcək. 

Sabah həmçinin qadın taekvondoçular +73 kq çəki dərəcəsində mübarizə aparacaqlar. 

Qeyd edək ki, ilk üç gündə yarışan 6 taekvondoçumuz çıxışını medalsız başa vurub. Dünya çempionatı iyunun 4-də yekunlaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər