Dünya çempionatı Azərbaycana verilmədi

Dünya çempionatı Azərbaycana verilmədi

Taekvondo üzrə növbəti dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.

Fanat.Az xəbər verir ki, yarış bu il Meksikanın Kankun şəhərində təşkil olunacaq. Sözügedən ölkə tarixdə ikinci dəfə mundiala ev sahibliyi edəcək.

Meksika ilə yanaşı, daha 2 ölkə yarışı qəbul etmək üçün namizədliyini irəli sürüb. Bunlardan biri Azərbaycan, digər isə Livan olub. Yekun nəticədə 52 faiz səs toplayan Meksika bu hüquqa yiyələnib.

Qeyd edək ki, noyabrda keçiriləcək dünya çempionatına 140 ölkənin qatılması gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər