Dini qruplaşmaya yardım edən futbolçu qovuldu

Dini qruplaşmaya yardım edən futbolçu qovuldu

Almaniyanın "Darmştadt" klubu futbolçusu Enis ibn Xatiranı komandadan uzaqlaşdırıb. 28 yaşlı yarımmüdafiəçinin klubdan göndərilməsinə səbəb onun islamçı radikal qruplaşmaya yardım etməsidir.

Tunisli oyunçu Suriya, Əfqanıstan, Fələstin və Somalidə ekstremistlərə yardım üçün Almaniyada təşkil olunan "Ansaar International" dini təşkilatı ilə daimi əlaqədə olub. Almaniyada isə adıçəkilən qurumun fəaliyyətinə qadağa qoyulub.

Klub prezidenti Rudiger Fritç açıqlamasında futbolçunun bu təşkilatla əməkdaşlıq etməsini yanlış addım adlandırıb. ("Report")

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər