DİN oğurluq edən futbolçu ilə bağlı məlumat yaydı

DİN oğurluq edən futbolçu ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda üstü açılmış oğurluq hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Fanat.Az-ın xəbərinə görə, məlumatda bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.

Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib. Hər iki şəxs tutulub.

Qeyd edək ki, tutulanlardan Nicat Muxtarov “Sumqayıt” futbol klubunun oyunçusudur.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər