DİN futbol oynayan yeniyetmələrə xəbərdarlıq etdi

DİN futbol oynayan yeniyetmələrə xəbərdarlıq etdi
Tərtərdə karantin rejimini pozaraq futbol oynayan şəxslər müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində xüsusi karantin rejiminin qaydalarını pozaraq futbol oynayan bir qrup şəxs aşkar edilib.
Qayda pozuntusuna yol  vermiş 2 nəfər  barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar, 11 nəfər yeniyetmənin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər