Argentina millisinin və PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya (Angel Di Maria) komanda yoldaşı Lionel Messi barədə açıqlama verib.
Fanat.Az xəbər verir ki, "TyC Sport"a danışan Di Maria ulduz futbolçu ilə dostluq münasibətindən danışıb.
"Karyeram boyunca Messi ilə eyni klubda oynamağı arzulamışam, o da reallaşdı. Bir vaxtlar "Barselona"ya keçmək üçün bir neçə şansım oldu, ancaq müəyyən səbəblərdən alınmadı. Onu hər gün gördüyüm üçün çox xoşbəxtəm.
Nə qədər yaxın dostuq? Mən onu həmişə "cırtdan" deyə çağırıram. Əvvəlcə belə deyildi, amma dostlaşdıqdan sonra belə zarafat etməyə başladıq. O isə mənə "əriştə" dedi. Düşünürəm ki, bu ləqəblər dostluğumuzda əbədi olaraq qalacaq".
Xatırladaq ki, avqustun 10-u Lionel Messi PSJ ilə 2+1 müqavilə imzalayıb.
Emin Şəmsiyev