Danimarkanın yüksək tirajlı "Ekstra Bladet" qəzeti transferinə dəyərindən artıq pul хərclənən 10 futbolçunu müəyyənləşdirib. Fanat.az хəbər verir ki, siyahıda ilk pilləni "Monako"dan "Mançester Yunayted"ə keçən Antoni Martial tutur.
Belə ki, İngiltərə klubuna 378 milyon krona (Danimarka pulu, 1 kron - 0.1584 manat) fransalı futbolçuya Beynəlxalq Futbol Müşahidə Mərkəzi (CİES) 165 milyon kron qiymət qoyub. Bu isə o deməkdi ki, "Mançester Yunayted" Martiala 213 milyon kron artıq ödəyib.
İkinci pilləni "Volfsburq"dan "Mançester Siti"yə keçən Kevin de Brunye tutur. Əsl qiyməti 354 milyon kron olan belçikalı futbolçunun transferi üçün 558 milyon kron ödənilib (198 milyon kron artıq).
İlk üçlüy"ü "Aston Villa"dan "Liverpul"a 343 milyon krona transfer olunan Kristian Benteke qapayır. Əsl qiyməti 196 milyon eron olan futbolçu üçün 147 minlyon kron artıq verilib.
Türkiyə yığmasının üzvü Arda Turan da siyahıda yer alıb. "Atletiko"dan "Barselona"ya keçən futbolçunun transferinə 254 milyon kron хərclənib. CİES isə ona 140 milyon kron qiymət qoyub. Deməli "Barselona" bu transferə görə 114 milyon kron artıq pul sərf edib. Arda bu göstərici ilə 5-ci pillədə qərarlaşıb.
1. Antoni Martial - PSJ-dən "Mançester Yunayted"ə 378 milyon krona keçib, əsl qiyməti 165 milyon krondu - 213 milyon kron artıq ödənib.
2. Kevin de Brunye - "Volfsburq"dan "Mançester Siti"yə 555 milyon krona keçib, əsl qiyməti 354 milyon krondu - 198 milyon kron artıq ödənilib.
3. Kristian Benteke - "Aston Villa"dan "Liverpul"a 343 milyon krona keçib, əsl qiyməti 196 milyon krondu - 147 milyon kron artıq ödənilib.
4. Angel di Maria - "Mançester Yunayted"dən PSJ-yə 470 milyon krona keçib, əsl qiyməti 356 milyon krondu - 114 milyon kron artıq ödənilib.
5. Arda Turan - "Atletiko"dan "Barselona"ya 254 milyon krona keçib, əsl qiyməti 140 milyon krondu - 114 milyon kron artıq ödənilib.
6. Nikolas Otamendi - "Valensiya"dan "Mançester Siti"yə 298 milyon krona keçib, əsl qiyməti 196 milyon krondu - 102 milyon kron artıq ödənilib.
7. Alessio Romaqnoli - "Roma"dan "Milan"a 187 milyon krona keçib, əsl qiyməti 95 milyon krondu - 92 milyon kron artıq ödənilib.
8. Aymen Abdannur - "Monako"dan "Valensiya"ya 187 milyon krona keçib, əsl qiyməti 96 milyon krondu - 91 milyon kron artıq ödənilib.
9. Peter Çex - "Çelsi"dən "Arsenal"a 112 milyon krona keçib, əsl qiyməti 27 milyon krondu - 85 milyon kron artıq ödənilib.
10. İvan Perişiç - "Volfsburq"dan "İnter"ə 134 milyon krona keçib, əsl qiyməti 53 milyon krondu - 81 milyon kron artıq ödənilib.
Fanat.az