İngiltərə millisi və "Mançester Yunayted"in keçmiş futbolçusu Devid Bekhem tanınmış məşqçi Aleks Ferqyussonun son açıqlamasına münasibət bildirib.
“Espnfc.com saytının məlumatına görə, Ferqyuson çalışdırdığı ən yaxşı futbolçular arasında Bekhemın adını çəkməyib. Amma Bekhem bundan təəssüflənməyib:
"Mən məşqçi ilə razılaşıram, müəyyən oyunçular var ki, onları dünya səviyəlidi və onların çoxu ilə oynadığıma görə özümü xoşbəxt sayıram".
Ferqyuson karyerası dövründə işlədiyi ən yaxşı futbolçular kimi Kriştiano Ronaldo, Paul Skoles, Rayan Giqqz və Erik Kantonanın adlarını çəkib.
Fanat.az