Dembele karyerasının zirvəzində - Rekord reallaşdırdı

Dembele karyerasının zirvəzində - Rekord reallaşdırdı

PSJ-nin vingeri Usman Dembele Fransa çempionatının cari mövsümündə 16 qola imza atıb. 

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bu, onun əvvəlki dörd mövsümdə vurduğu ümumi qolların sayından daha çoxdur.

Belə ki, Dembele "Barselona" ilə PSJ-də əvvəlki dörd mövsümdə İspaniya və Fransa çempionatlarında ümumilikdə 15 qol vurub. O, hazırda qol vurmaq baxımından karyerasının ən yaxşı kampaniyasını keçirir.

Ümumilikdə, 27 yaşlı vinger bu mövsüm bütün turnirlərdə 27 oyun keçirib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun parislilərlə müqaviləsi 2028-ci ilin iyununa qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər