De Byazi Slovakiya və Qazaxıstanla matçlara 26 futbolçu çağırdı

De Byazi Slovakiya və Qazaxıstanla matçlara 26 futbolçu çağırdı

UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 22-də Trnava şəhərində Slovakiya, 25-də isə Bakıda Qazaxıstan milli komandası ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.   Fanat.Az xəbər verir ki, baş məşqçi Canni De Byazi bu iki oyun üçün heyətə 26 futbolçu cəlb edib:   1. Şahrudin Məhəmmədəliyev - Qarabağ 2. Emil Balayev - Səbail 3. Səlahət Ağayev - Qəbələ 4. Bədavi Hüseynov - Qarabağ 5. Bəhlul Mustafazadə - Qarabağ 6. Elvin Cəfərquliyev - Qarabağ 7. Toral Bayramov - Qarabağ 8. Abbas Hüseynov - Qarabağ 9. Cəlal Hüseynov - Şamaxı 10. Amin Seydiyev - Sabah 11. Höccət Haqverdi - Traktor (İran) 12. Anton Krivotsyuk - Visla (Plotsk, Polşa) 13. Qismət Alıyev - Zirə 14. Riçard Almeyda - Qarabağ 15. Elvin Camalov - Sabah 16. Aleksey İsayev - Sabah 17. Eddi İsrafilov - Neftçi 18. Ozan Can Kökçü - Eyndhoven (Niderland) 19. Emin Mahmudov - Neftçi 20. Anatoli Nuriyev - Sabah 21. Filip Ozobiç - Qarabağ 22. Rüstəm Əhmədzadə - Zirə 23. Renat Dadaşov - Qrasshopper (İsveçrə) 24. Mahir Emreli - Dinamo (Zaqreb, Xorvatiya) 25. Musa Qurbanlı - Qarabağ 26. Ramil Şeydayev - Qarabağ    

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər