De Byazi 15 futbolçu ilə başlayacaq

De Byazi 15 futbolçu ilə başlayacaq

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı oyunlara hazırlıq məqsədilə Bakıda təşkil olunacaq ilkin təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.

Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, mayın 24-dən 27-dək keçiriləcək oyunlar üçün hələlik 15 futbolçuya dəvət göndərilib.

Hazırlığa dəvət alan futbolçuların siyahısı: Səlahət Ağayev (“Sabah”), Emil Balayev (“Turan”, Qazaxıstan), Rəşad Əzizli (“Səbail”), Höccət Haqverdi (“Sumqayıt”), Antok Krivotsyuk (“Vİsla, Polşa), Azər Salahlı (“Neftçi”), Bəxtiyar Həsənalızadə (“Sabah”), Eddi İstafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Aleksey İsayev (“Sabah”), Anatoli Nuriyev (“Sumqayıt”), Dmitri Nazarov (“Erzgebirge”, Almaniya), Namik Ələskərov (“Bursaspor”, Türkiyə), Renat Dadaşov (“Tondela”, Portuqaliya), Mahir Emreli (“Dinamo” Zaqreb, Xorvatiya).

Qeyd edək ki, yığmamız Millətlər Liqasında iyun ayında 4 görüş (3-də, 6-da, 10-da və 13-də) keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər