Dağıstanlı futbolçu qocanı öldürüb avtomobilini qaçırdı

Dağıstanlı futbolçu qocanı öldürüb avtomobilini qaçırdı

23 yaşlı dağıstanlı futbolçu taksi sürücüsünü qətlə yetirməkdə və onun avtomobilini qaçırmaqda şübhəli bilinir.

 

 

Fanat.Az xəbər verir ki, Həştərxanın "Zvezda” komandasında baxışda olan gənc 78 yaşlı taksi sürücüsünü öldürdüyü üçün saxlanılsa da, adı ictimaiyyətə açıqlanmır. Oyunçunun qaçırdığı "Fiat” markalı avtomobil də tapılıb. Polislər "Fiat”ı futbolçunun yaşadığı Xasavyurt şəhərində üzə çıxarıb.

Hadisənin qısa xülasəsi isə belədi: Futbolçu Həştərxandan Komsomolskaya getmək üçün taksi sifariş verib. Ordan məskunlaşdığı Xasavyurta isə avtobusla yollanmağı planlaşdırıb. Ancaq yolda taksi sürücüsü ilə aralarında dava-dalaş yaranıb və idmançı qocanı qətlə yetirib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər