Daha iki futbolçu "Xəzər Lənkəran"ı tərk edib. Bu barədə Fanat.az-a klubun mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Klub rəsmisi bildirib ki, malili Sadio Tounkara və rumın Manuel Skarlatake ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıblar.
Qeyd edək ki, 2012-ci ildən "Xəzər Lənkəran"da çıхış edən Sadio Tounkara 126 oyunda 17 qol vurub. 2011-ci ildən "ağ-yaşıl" formanı geyinən Manuel Skarlatake isə 121 oyunda 8 dəfə fərqlənib.
Fanat.az