AZAL daha iki futbolçu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Aydın Qasımovla Məhəmməd Bədəlbəylinin xidmətindən imtina edib.
AZAL bundan əvvəl Murad Səttarlı, Rail Məlikov, Tərlan Xəlilov, Aleksandr Quruli və Rüfət Musayevlə vidalaşmışdı.
Bakı klubu müdafiəçi Emin Cəfərquliyevin müqaviləsinin müddətini 2 il uzadıb.
Fanat.az