Marseldə yerləşən Le Bomet cəzaçəkmə müəssisəsindən daha iki rus fanat azadlığa buraxılıb. Fanat.Az xəbər verir ki, Avro-2016 çərçivəsində keçirilən İngiltərə - Rusiya qarşılaşmasından öncə baş verən dava-dalaşa görə dəmir barmaqlıqlar arasına göndərilən Aleksey Yerunov və Sergey Qorbaçov vaxtından əvvəl azadlığa qovuşub.
Hər iki fanat çərşənbə axşamından çərşənbəyə keçən gecə Moskvaya göndərilib. Ötən ilin yayında (16 iyun) törədilən vəhşiliyə görə Yerunov 2 il, Qorbaçov 18 ay cəza alsa da, fransızlar vaxtın tamam olmasını gözləməyi vacib saymayıb.
Qeyd edək ki, ötən ilin dekabrında eyni hadisəyə görə 1 il azadlıqdan məhrum edilən Nikolay Morozov da vaxtından əvvəl Rusiyaya göndərilmişdi.
Fanat.Az