Türkiyənin "Antalyaspor" klubu daha bir məşhur futbolçunu heyətinə qatıb. Fanat.Az xəbər verir ki, Antalya klubu "Roma"dan Uilyam Vainqueurlə güclənib.
Bu yay Samir Nasri, Ceremi Menez, Maykon və Yohan Dyoru kimi tanınmış futbolçuları transfer edən "Antalyaspor" fransız yarımmüdafiəçi ilə 3 illik anlaşma əldə edilib. Artıq Antalyaya gələn Uilyam Vainqueurlə bu gün müqavilə imzalanacaq.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi ötən mövsüm icarə əsasında çıxış etdiyi "Marsel"in heyətində 33 oyun keçirib.
Fanat.Az