Türkiyənin "Kayserispor" klubu daha bir milliləşdirilmiş futbolçumuzu heyətinə qatıb. Fanat.az xəbər verir ki, Super Liqa təmsilçisi Umut Sönmezlə müqavilə imzalayıb.
Kayseri təmsilçisi bu günə "Qaziantep BB"dən Umut Sönmezlə yanaşı Erkam Reşman, həmçinin "Fatih Karagürmük"dən Mert İlıman və "Lüleburgazspor"dan Vedat Karakuşla müqavilə bağlayıb.
İndiyədək Almaniyada "Auqsburq" (ikinci komanda), "Memmingen", Türkiyədə "Orduspor" və "Qaziantep BB" klublarının formasını geyinən Umut Sönmez bir müddət Azərbaycanın U-21 millisinə dəvət alıb.
Qeyd edək ki, "Kayserispor" bir neçə gün əvvəl A millimizin üzvü Ufuk Büudakla müqavilə imzalamışdı.
Fanat.az