Daha bir futbolçu Rusiya klubunu tərk etdi

Daha bir futbolçu Rusiya klubunu tərk etdi

"Ximki"nin isveçli futbolçusu Filip Daqerstol Rusiyanı tərk edib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun baş direktoru Qabulov məlumat verib: “Filip Daqerstol klubun düşərgəsini və Rusiyanı tərk etdi. Klub futbolçunun yaşadığı təcrübələrlə əlaqədar ona bir neçə gün istirahət verib. FİFA-nın qərarının bundan sonra nə olacağını bilmirik”.

Xatırladaq ki, FİFA və UEFA RF-in Ukraynanı işğal etməsi səbəbi ilə futbol üzrə Rusiya millisini və klublarını bütün yarışlardan kənarlaşdırıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər