Daha bir futbolçu koronavirusa qalib gəldi

Daha bir futbolçu koronavirusa qalib gəldi
Daha öncə "Mançester Yunayted"də çıxış etmiş, "Şandun Lunen"in yarımmüdafiəçisi Maruan Fellayni xəstəxanadan buraxılıb.
Fanat.Az Çin klubunun rəsmi saytına istinadən xəbər verir ki, Fellayni koronavirusa qalib gəlib. Belçikalı futbolçu son üç həftəni xəstəxanada keçirib. İndi isə o, 14 gün karantində qalmalı olacaq. Tibb işçiləri 32 yaşlı oyunçunun vəziyyətini izləməyə davam edəcəklər.
"Şandun Lunen"in bəyanatında qeyd olunub: "Həkimlər Fellayninin vəziyyətini dəyərləndirdilər və onun sağaldığı qənaətinə gəldillər. Bu gün o, evə buraxılıb".
Koronavirus ilk dəfə dekabr ayında Çində aşkarlanıb. Ölkədə epidemiyanın pik nöqtəsi artıq geridə qalıb. Çində ikinci bir "infeksiya dalğası"nın başlayacağından ehtiyatlanırlar.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər