Qazaxıstanlı futbolçu Aleksandr Merkel Türkiyənin “Qaziantep” klubunu tərk edib.
Fanat.Az xəbər verir ki, o, 2023/24 mövsümündən etibarən Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Hatta”da çıxış edəcək.
Futbolçu adıçəkilən klubla 1 illik müqavilə imzalayıb. Qazaxıstan millisinin üzvü karyerası ərzində “Milan”, “Uotford”, “Bohum”, “Herakles Almelo”, “Piza”, “Udineze” kimi klublarda forma geyinib.
O, 2022/23 mövsümündə Türkiyə təmsilçisinin heyətində 18 oyunda üç qol vurub və iki məhsuldar ötürmə edib.