Daha bir əfsanə futboldan getdi

Daha bir əfsanə futboldan getdi
Didye Droqba futbolçu karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, Kot`D-İvuar yığmasının sabiq üzvü bu barədə çıxış etdiyi ABŞ-ın "Phoenix Rising" klubu ilə USL Kubokunun finalından (0:1) sonra açıqlama verib.
40 yaşlı Droqba karyerası ərzində Fransanın "Le Man", "Genqam", "Marsel", İngiltərənin "Çelsi", Çinin "Şanxay Şenhua", Türkiyənin "Qalatasaray", Kanadanın "Montreal İmpakt" və ABŞ-ın "Phoenix Rising" klublarında çıxış edib.
Ən böyük uğurlarına "Çelsi" ilə imza atan Droqba İngiltərə çempionu (4 dəfə), Federasiya Kubokunun (4), Liqa Kubokunun (3), ölkə Super Kubokunun (2) və Çempionlar Liqasının (1) qalibi olub.
"Qalatasaray"ın heyətində Türkiyə çempionluğunu, kubokunu və Super Kubokunu qazanan Droqba ABŞ-da 1-ci liqanın qalibi adını qazanıb.
Droqba 2015-ci ildə "Marsel"dən "Çelsi"yə 38,5 milyon avroya transfer olunub. Bu Kot`D-İvuar futbol tarixinin ən bahalı transferidi. 
2006 və 2009-cu illərdə Afrikada "İlin futbolçusu" seçilən Droqa 2013-cü ildə "Qızl buts" mükafatına layiq görülüb. 
2002-2014-cü illərdə Kot`D-İvuar milli komandasına dəvət alan "Afrika Aslanı" 104 oyunda 65 qola imza atıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər