Daha bir çex futbolçu intihar etdi- Onu Raykorolla nə bağlayır?

Daha bir çex futbolçu intihar etdi- Onu Raykorolla nə bağlayır?

Frantişik Raykorolun ardından daha bir çex futbolçu canına qəsd edib. Fanat.Az xəbər verir ki, 35 yaşlı David Bıstronun cəsədi evində tapılıb.

Ölkəsində “Banik” və “Viktoriya”da, Bolqarıstanda “Levski”də oynamış ucaboy mərkəz müdafiəçisinin özünü asdığı müəyyənləşib. Məlumata görə Bıstronun maddi və ailə problemləri var imiş.

O, 2004-cü ildə Çexiya, 2009-da Bolqarıstan çempionu olmuşdu. Davidin təxminən bir ay əvvəl intihar edən həmyerlisi Raykorolla “Banik” və “Viktoriya”da çiyin-çiyinə oynadığını da vurğulayaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər