Daha 3 milli futbolçuda koronavirus aşkarlandı

Daha 3 milli futbolçuda koronavirus aşkarlandı
Ukrayna millisində koronavirusa yoluxanları sayı artıb. 
 
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol fedrasiyasının rəsmi saytı məlumat yayıb.
 
Sergey Krivtsov, Ruslan Malinovski və Junior Moraesin test nəticəsi müsbət olub.
Onlar UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçrə ilə bu gün keçiriləcək səfər oyununu buraxacaqlar.
Qeyd edək ki, daha əvvəl millidə 7 oyunçunun infeksiyaya yoluxduğu açıqlanıb. İsveçrə - Ukrayna matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər