Türkiyədə futbol hakimləri arasında koronavirusa yeni yoluxma halları aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.
Qurumdan bildirilib ki, daha 3 referinin analiz nümunələri müsbət çıxıb.
Onlardan ikisinin aşağı, birinin isə regional liqada idarəçilik etdiyi bildirilib. Hər 3 referi 14 gün ərzində karantində qalacaq.
Qeyd edək ki, Türkiyədə bundan əvvəl 6 hakim koronavirusa yoluxub.
Fanat.Az