Cud Bellingem - 2023-cü ilin ən arzulanan futbolçusu

Cud Bellingem - 2023-cü ilin ən arzulanan futbolçusu

Futbol üzrə ingiltərə millisinin və Dortmund "Borussiya"sının gənc ulduzu Cud Belingem gələn il yay transfer pəncərəsinin ən arzulanan futbolçusu ola bilər. 

Fanat.Az xəbər verir ki, ötən transfer pəncərəsi zamanı 19 yaşlı vinger üçün "Borussiya"ya 4 Avropa nəhəngindən rəsmi təklif gəlib. PSJ, "Mançester Siti", "Liverpul" və "Mançester Yunayted" klublarının müraciəti "arılar" tərəfindən rədd edilib. 

Futbol ictimaiyyətinin ən etibarlı və tanınmış nəşrlərinin fərqli məlumatlarına inansaq, yarımmüdafiəçi uğrunda 8 tanınmış klub mübarizəyə başlayıb:

"Marca": "Real Madrid" gələn yay Cud Bellingemi transfer edəcək". 

AS: "Barselona" klubunun skautları Bellingemlə danışıqlar aparmaq üçün Dortmunda yollanıblar". 

"Le Parisien" və "L'Équipe": "PSJ rəhbərliyinin əsas transfer hədəflərindən biri də Cud Bellingemdir".

"The Mirror": "Çelsi"nin gələn yay əsas transfer hədəfi Cud Bellingemdir". 

"Daily Mail": "Liverpul"un baş məşqçisi Yürgen Klopp gələn mövsüm Cud Bellingemi komandasında görmək istəyir". 

"Manchester Evening News": "Mançester Siti"ini baş məşqçisi Pep Quardiola Cud Bellingemi komandasında görmək istəyir". 

"The Athletic": "Nyukasl"ın sahibləri Cud Bellingemə İPL-də tarixin ən yüksək maaşını verməyi təklif ediblər". 

"The Athletic": "Mançester Yunayted" Cud Bellingem uğrunda "Mançester Siti" və "Çelsi" ilə mübarizəyə qoşulmağa hazırdır". 

Emin Şəmsiyev

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər