COVİD-19-a qalib gələn ölkənin komandasında 11 futbolçu virusa yoluxdu

COVİD-19-a qalib gələn ölkənin komandasında 11 futbolçu virusa yoluxdu
Belarusun "Dinamo" (Brest) klubunun 11 futbolçusu eyni vaxtda koronavirusa yoluxub, üçü xəstəxanaya yerləşdirilib.
Fanat.Az xəbər verir ki, Artem Milevski, Maksim Vitus və Sergey Krivets kimi bir sıra futolçular iyulun 3-də "Smoleviç”ə qarşı oynayıb və matçan sonra test olunublar.
Tribuna.com saytının məlumatına görə, klubun 5 işçisi də virusa yoluxub. Növbəti matçda "Dinamo"nun əvəzedici heyətlə oynayacağı gözlənilir.
Qeyd edək ki, ötən həftə Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusla bağlı vəziyyət haqqında danışarkən "Artıq bu gün deyə bilərik: biz virusa qalib gəldik", demişdi.
 
İndiyədək respublikada 63270 nəfər yoluxmuş sayılır, 50669 nəfər sağalıb, 418 nəfər ölüb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər