Bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29 beynəlxalq tədbiri zamanı Əvəzedicilər Liqası, 1-ci Liqa və 2-ci Liqaya fasilə veriləcək.
Fanat.Az xəbər verir ki bu barədə Azərbaycan Premyer Liqasının növbəti mövsümünün püşaktma mərasimində Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov deyib.
O, COP29-un Azərbaycan Premyer Liqası oyunlarının fasilə dönəminə təsadüf edəcəyini əlavə edib.
Bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.