Cibril Sisse futboldakı kumirinin adını dedi

Cibril Sisse futboldakı kumirinin adını dedi

Fransa millisinin və "Liverpul"un sabiq hücumçusu Cibril Sisse futboldakı kumirinin kim olduğunu deyib.

Fanat.Az xəbər verir ki, "Telefoot" onun sözlərini belə çatdırıb:

"Futbol tarixinin ən yaxşı hücumçusu Jan-Pyer Papendir. Heç kimi ondan üstün saymıram. Yəqin ki, Papenlə van Basteni müqayisə etmək olar. Ancaq Jan-Pyer mənim üçün gəlmiş-getmiş forvardların hamısından bir addım öndədir. Papen mənim kumirimdir".

Qeyd edək ki, Papen 1991-ci ildə "Qızıl top" mükafatına sahib çıxıb. Dörd dəfə Fransa çempionu olan 59 yaşlı veteran (1989, 1990,1991 və 1992)  iki dəfə (1993 və 1994) İtaliya çempionatının da qalibi adını qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər