Casusluq edən keçmiş futbolçu həbs olundu

Casusluq edən keçmiş futbolçu həbs olundu
Ukraynanın sabiq futbolçusu Vasili Vasilyenko Moskvada casusluq ittihamı ilə həbs edilib.
 
Fanat.Az xəbər verir ki, bu barədə TASS öz mənbəsinə istinadən məlumat verib. Məlumata görə, onun Ukraynanın lehinə casusluqda iştirakını Rusiya FSB-si müəyyən edib.
 
"FSB əməkdaşları Rusiya hüquq-mühafizə orqanlarının iştirakı ilə Ukrayna vətəndaşı Vasilyenko Vasili İvanoviçin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi ("Casusluq") ilə əlaqəli cinayətin törədilməsində iştirak etdiyini müəyyən edib", - deyə məlumatda bildirilir.
Vasilenkoya ittiham elan edilib. Keçmiş futbolçu həbsxanaya yerləşdirilib.
Xatırladaq ki, 1992-2001-ci illərdə Vasilyenko "Tavria”, "Torpedo” və "Drujba” kimi Ukrayna futbol klublarında oynayıb.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər