"Üç futbolçunun özündənrazılığı PSJ-yə mane olur"

"Üç futbolçunun özündənrazılığı PSJ-yə mane olur"

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand ÇL-in 1/8 final mərhələsinin cavab oyununda PSJ-nin “Real Madrid”ə uduzaraq mübarizəni dayandırmasından danışıb. 

Fanat.Az xəbər verir ki, "Daily Mail" 43 yaşlı mütəxəssisin söylədiklərini belə çatdırıb:

“Siz baş məşqçi Maurisio Poçettinonu qınaya bilməzsiniz. Üç futbolçunun özündənrazılığı Çempionlar Liqasında PSJ-nin uğur qazanmasına mane olur. Onları günahlandırmaq lazımdır, rəhbərliyi yox. PSJ-nin tarixini nəzərə alsaq, məşqçinin tənqid edilməsinin ədalətli olduğunu düşünmürəm"

Xatırladaq ki, ÇL-in 1/8 final mərhələsinin ilk görüşdə minimal hesablı qələbə qazanan PSJ  cavab oyununda “Real Madrid”ə 1:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər